Babeldən etiraf: "Bu klublara hakim dəstəyi var"
"Qalatasaray"ın sabiq futbolçusu Rayn Babel hakim dəstəyindən danışdı.
90plus.az xəbər verir ki, hollandiyalı sabiq futbolçu Rayn Babel Türkiyə çempionatı haqqında danışdı. Hollandiyalı futbolçu həm "Fənərbağça", həm də "Qalatasaray"a qarşı hakimlərin dəstəyindən söz açdı. "YouTube" kanallarından birinə qonaq olan futbolçu əvvəlcə bu sözləri işlədib:
"Fənərbağça"ya qarşı meydana çıxdınsa, 3 şeyə qarşı mübarizə aparırsan. Futbolçular, azarkeşlər və hakim. Liqa təmiz xaosdan ibarətdir".
Babel daha sonra "Qalatasaray" haqqında da eyni sözləri deyib:
"Biz oyundan sonra çox vaxt bu sözləri deyirdik. Oh, nə yaxşı. Bu gün də şanslı idik. Hakim bizə çoxlu kömək etdi və qazandıq".
Qeyd: Rayn Babel Türkiyədə "Kasımpaşa", "Beşiktaş", "Qalatasaray" və "Eyüpspor"da forma geyinib.
© Copyright 2026, All Rights Reserved