Con Obi Mikel: “Joze Mourinyo həmişə düz deyir”
Didye Droqbadan sonra Con Obi Mikel də Joze Mourinyoya tərəf çıxıb.
90plus.az xəbər verir ki, nigeriyalı eks futbolçu, vaxtilə "Çelsi" də Mourinyonun rəhbərliyi altında oynayan Mikel bunları söyləyib:
"Joze Mourinyo həmişə həqiqəti söyləyir, onun danışmasına mane ola bilməzsən. Haqsızlıq olanda danışır, ona görə də onu bəyənmirlər. İndi onu irqçi kimi qələmə verirlər. Bu, gülüncdür!"
Qeyd: "Qalatasaray" "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonu Okan Buruka qarşı işlətdiyi "meymun kimi tullanırdı" ifadəsinə görə prokurorluğa, UEFA və FİFA-ya rəsmi şəkildə şikayət edib. Bu səbəbdən də Mourinyoya ən azı 10 oyun cəza kəsilə bilər.
© Copyright 2026, All Rights Reserved