Derbini idarə edən hakim işindən oldu
Türkiyə Superliqasının X turunun "Qalatasaray" - "Beşiktaş" oyununu idarə etmiş baş hakim Arda Kardeşler 4-6 həftə matçlara təyinat almayacaq.
90plus.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Fərhat Gündoğdu açıqlamasında bildirib.
O, ədalət təmsilçisinin İstanbul derbisində 8 səhv etdiyini vurğulayıb:
"Biz bunları daxildə dəyərləndirdik. Nəyisə nəzərdən qaçırmamaq üçün UEFA-dakı şəxslərə də göndərdik. Dəstək olmaq üçün dünən ona zəng etdim. Səhv qərarlar verdiyinin fərqindədir və məyus olduğunu söylədi".
Qeyd: "Qalatasaray" sözügedən matçda rəqibini 2:1 hesabı ilə məğlub edib.
© Copyright 2026, All Rights Reserved