Dua Lipadan "Qalatasaray"a pis xəbər - Çox pul istədi
“Qalatasaray” klubu Süper Liqada ardıcıl 3-cü, ümumilikdə isə 25-ci çempionluğunu qazandıqdan sonra görkəmli bir şənlik təşkil etməyi planlaşdırırdı.
90plus.az xəbər verir ki, əlamətdar uğuru qeyd etmək istəyən “sarı-qırmızı” rəhbərlik dünyaca məşhur müğənni Dua Lipa ilə əlaqə saxladı, lakin danışıqlar gözlənilməz nəticə verdi.
Klubun rəhbərliyi “RAMS Park” stadionunun tutumunun bu qədər böyük tədbir üçün yetərli olmadığını düşünərək, “Yenikapı Miting Alanı”nda təşkil olunacaq tədbir üçün İstanbul Valiliyindən icazə aldı.
25 may bazar günü planlaşdırılan tədbirdə Dua Lipanın da çıxış etməsi üçün danışıqlar aparılsa da, 29 yaşlı məşhur müğənninin cavabı rəhbərliyi təəccübləndirdi. İddialara görə, Dua Lipa konsertdə iştirak üçün “Qalatasaray”dan 3,5 milyon ABŞ dolları tələb edib.
Tələb olunan məbləğin çox yüksək olması səbəbilə “Qalatasaray” rəhbərliyi Dua Lipa ilə əməkdaşlıqdan imtina etdi və bunun əvəzinə yerli sənətçilərin çıxış edəcəyi bir proqram təşkil etməyə qərar verdi.
Çempionluq şənliyində səhnəyə çıxacaq yerli sənətçilərin siyahısı açıqlanıb. Tədbirdə aşağıdakı adlar yer alacaq:
Altay, Atiye, Aydilge, Bətül Demir, Block3, Coşqun Sabah, Ebru Yaşar, Emircan İğrek, Enbe Orkestri, Gripin, Gökhan Kırdar, Güliz Ayla və Kenan Doğulu.
© Copyright 2026, All Rights Reserved