Edin Ceko: "Biz futbol oynayırıq, baletlə məşğul olmuruq"
”Fənərbağça”nın ulduzu Edin Ceko “Trabzonspor”a 3-2 qalib gəldikləri matçdan sonra sərt danışıb.
90plus.az xəbər verir ki, bosniyalı hücumçu bunları deyib:
”Haradan başlayım… Həddindən artıq insanla mübarizə aparırıq. Bu gün uğur qazandıq, amma həmişə uğur qazana bilmərik. Birdən çox rəqiblə mübarizə aparmaq çətindir. Bu mövsüm də bunu gördük.
VAR tərəfindən verilən qərarlar bərabər olmalıdır. VAR bizim epizodlarda, deyəsən, 2-3 tualet fasiləsi verdi. Bizim xeyrimizə penalti var idi, rəqibə qırmızı vərəqə verilməli idi. Həmin an yəqin ki, tualetdə idilər. Bu qədər açıq əllə oynamaq penalti olmalı idi.
Ən kiçik təmas yuxarıdan penalti qərarı ilə nəticələnir. Biz futbol oynayırıq, baletlə məşğul olmuruq”.
© Copyright 2026, All Rights Reserved