"Fənər" icarədə olan futbolçuları almaq istəyir
"Fənərbağça" icarə əsasında komandada oynayan iki futbolçu ilə bağlı qərar qəbul edib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi Filip Kostiç və Milan Şkrinyarın transfer hüququnu əldə etmək niyyətindədir. Bu barədə yerli mətbuatda məlumat yayılıb.
Klub hər iki oyunçunu tam şəkildə transfer edərək onlarla uzunmüddətli müqavilə bağlamağı planlaşdırır. Bu məqsədlə futbolçuların məxsus olduğu klublarla danışıqlara başlanılıb.
Xatırlatma: "Fənərbağça" Filip Kostiçi mövsümün əvvəlində "Yuventus"dan icarəyə götürüb. Serbiyalı yarımmüdafiəçi indiyə qədər komandanın heyətində 23 rəsmi oyuna çıxaraq 2 qol vurub və 6 məhsuldar ötürmə verib. Yanvar ayında PSJ-dən Super Liqa klubuna qoşulan Şkrinyar isə 8 matçda 2 assistlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved