"Fənər" rəhbərliyi derbiyə bu qədər pul qoydu
"Qalatasaray" və "Fənərbağça" arasındakı derbi matçında "sarı-lacivərtlər"ə qələbə üçün veriləcək "premya" məbləği məlum olub.
90plus.az xəbər verir ki, klubun prezidenti Ali Koç 5 milyon avro məbləğində mükafat təyin edib. Bu barədə "Sabah" qəzetində məlumat verilib.
Qeyd: Türkiyə derbisi 24 fevralda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. "Cim-Bom" hazırda 63 xalla turnir cədvəlində birinci yeri tutur. Joze Mourinyonun komandası isə 57 xalla ikinci sıradadır.
© Copyright 2026, All Rights Reserved