"Fənərbağça" kapitanına 1 il daha qalmağı təklif etdi
"Fənərbağça" mövsümün sonunda klubla müqaviləsi bitəcək kapitan Edin Ceko ilə bağlı qərarını verib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi bosniya və herseqovinalı hücumçunu heyətində saxlamağı planlaşdırır.
Türkiyə klubu 38 yaşlı forvarda 1 illik yeni müqavilə təklif etməyə hazırlaşır. Super Liqa komandası yaxın günlərdə təcrübəli futbolçunun meneceri Alessandro Luççi ilə görüşərək müqavilə şərtlərini müzakirə edəcək.
📰: İtaliya mediası
Xatırlatma: Edin Ceko 2023-cü ilin yayında "Fənərbaxça"ya transfer olunub. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm Türkiyə təmsilçisinin heyətində 38 rəsmi oyunda iştirak edərək 19 qol vurub və 7 məhsuldar ötürmə verib.
© Copyright 2026, All Rights Reserved