"Fənərbağça" müdafiəçini Premyer Liqadan transfer edir
"Fənərbağça" stoper transferi üçün çalışmalarını davam etdirir.
90plus.az xəbər verir ki, sağ stoper üçün Tutanı bitirməyə çox yaxın olan "Fənərbağça", sol stoper üçün də gözünü Adaya dikib.
"Nyukasl Yunayted" stoperi
Sercan Hamzaoğlunun xəbərinə görə, Sarı-Lacivərtlilər, "Nyukasl Yunayted"in stoperi Loyd Kelli üçün rəsmi təklif edib.
26 yaşındakı oyunçunun transferi üçün klubu ilə danışıqlar davam edir.
Original mövqeyi stoper olan Kelli, sol cinah müdafiəçisi də oynaya bilir.
KELLİNİN PERFORMANSI
1.90 boyundakı oyunçu, bu mövsüm "Nyukasl Yunayted"də 13 oyunda iştirak edib və 593 dəqiqə müddətində meydana çıxıb.
26 yaşındakı futbolçunun klubla 2029-a qədər müqaviləsi var.
© Copyright 2026, All Rights Reserved