Hacinin "Fənərbağça" iddiası, atası icazə vermir
Şotlandiyanın “Reyncers” klubunda çıxış edən əfsanəvi futbolçu Georgi Hacinin oğlu İanis Haci UEFA Avropa Liqasında “Fənərbağça” ilə qarşılaşacaq heyətda yer alacaq.
90plus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bu mövsüm liqada 18 oyunda iştirak edib və 3 qol vurub. Son zamanlarda onun “Fənərbağça”ya transfer oluna biləcəyi ilə bağlı iddialar ortaya atılıb.
Lakin “Qalatasaray” və Rumıniya millisinin keçmiş oyunçusu Giqa Popesku bu mövzu ilə bağlı açıqlama verərək Hacinin “Reyncers”də xoşbəxt olduğunu və oynamağa başladığını bildirib. O, Georgi Hacinin Türkiyə çempionatında çıxış etmiş ən yaxşı legioner hesab edildiyini vurğulayaraq, İanis Hacinin “Fənərbağça”ya transferini təsəvvür etməyin çətin olduğunu deyib.
Rumıniyanın "Sportpesurse" saytı isə “Fənərbağça” ilə İanis Haci arasında hazırda konkret bir razılaşmanın olmadığını və bu xəbərlərin sadəcə şayiə olduğunu bildirib. Onun atasının əsas rəqibi olan “Qalatasaray”da tarix yazdığı nəzərə alınarsa, rumıniyalı futbolçunun Joze Mourinyonun komandasına keçməyə isti baxmayacağı düşünülür. Bildirilir ki, İanis Hacinin Türkiyə ilə bağlı yeganə planı atasının titullar qazandığı “Qalatasaray”da oynamaqdır.
Qeyd: İanis Hacinin adı daha əvvəl də “Qalatasaray”ın transfer siyahısında hallanmışdı. Komandanın baş məşqçisi Okan Buruk, Hacini heyətində görmək istədiyini və bir gün onun “Qalatasaray”da çıxış edəcəyinə inandığını bildirmişdi.
Bununla yanaşı, İanis Hacinin adı “Fənərbağça”nın yeni baş məşqçisi Joze Mourinyonun transfer siyahısında da yer alıb. Rumıniya mətbuatı Mourinyonun Hacini komandasında görmək istədiyini və ona maraq göstərdiyini yazmışdı.
Hal-hazırda İanis Haci “Reyncers” ilə müqaviləsinin son ilindədir və gələcəkdə hansı komandada çıxış edəcəyi böyük maraq doğurur.
© Copyright 2026, All Rights Reserved