İkardi derbi üçün İstanbulda!
“Tottenhem”lə matçda (3:2) aldığı zədədən sonra mövsümü başa vuran “Qalatasaray”ın argentinalı ulduzu Mauro İkardi “Fənərbağça” derbisi üçün İstanbula gəldi.
90plus.az xəbər verir ki, argentinalı ulduz rəhbərlik və texniki heyət tərəfindən “Fənərbağça” derbisinə xüsusən dəvət olunub. Argentinalı hücumçu bu kritik matçda komandanı tək qoymamaq üçün İstanbula gəlib. Hücumçu derbi öncəsi Okan Buruk və komandası ilə bir araya gələrək dəstək verəcək. Argentinalı ulduz bazar ertəsi "Fənərbağça" matçını da stadiondan izləyəcək.
Baş məşqçi Okan Buruk bir müddət öncə "Rizəspor" matçından sonra İkardi ilə bağlı "İkardi həm meydanda, həm də meydandan kənarda komandanın vacib simalarından biri idi. Onun əməyi üçün darıxırıq" demişdi.
Qeyd: 15 əcnəbi futbolçu ilə müqavilə bağlayan "Qalatasaray" bir müddət əvvəl İkardi ilə müqaviləni təxirə salıb. Frankovskiyə yer vermək istəyən "Cim-Bom" çarəni İkardinin müqaviləsini 4 ay müddətinə dayandırmaqda tapıb.
© Copyright 2026, All Rights Reserved