İstanbul derbisinin VAR hakimi də xarici olacaq
Türkiyə Super Liqasının XXV turunda baş tutacaq "Qalatasaray" - "Fənərbağça" qarşılaşmasının VAR hakimləri müəyyən edilib.
90plus.az xəbər verir ki, İstanbul derbisinin VAR hakimi Alen Boroşak olacaq, ona Onur Özütoprak kömək edəcək.
Əhəmiyyətli görüşdə ədaləti sloveniyalı FIFA referisi Slavko Vinçiç təmin edəcək. Yan xətt hakimləri Tomaj Klançnik və Andraj Kovaçiç, dördüncü hakim isə Kadir Sağlam olacaq.
Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Xatırlatma: hazırda "Qalatasaray" 63 xalla turnir cədvəlinin lideridir, "Fənərbağça" isə 57 xalla ikinci sırada yer alır.
© Copyright 2026, All Rights Reserved