Joze Mourinyo: "Bilsəydim, gəlməzdim"
”Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Trabzonspor”a 3-2 qalib gəldikləri matçdan sonra qalmaqallı açıqlamalar verib.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bunları deyib:
”Fənərbağça” rəhbərliyi mənə həqiqətin yarısını söyləyib. Gördüyüm reallıqlar daha pisdir. Bütün hekayəni danışsaydılar, bura gəlməzdim. Bu liqada həm rəqiblərimizə, həm də sistemə qarşı mübarizə aparırıq.
İşim və klubumla maraqlanıram. Əslində, siz türklər buna əhəmiyyət verməlisiniz. Siz türklər baş verənləri dilə gətirməlisiniz. Danışsam, ağzım bağlanacaq və sistem mənə hücum edəcək”.
Mənbə: beIN Sports
© Copyright 2026, All Rights Reserved