"Man Siti"nin sabiq futbolçusu Türkiyə klubunda
"Mançester Siti"nin keçmiş hücumçusu Stefan Yovetiç karyerasını Türkiyədə davam etdirə bilər.
90plus.az xəbər verir ki, 35 yaşlı forvard "Kocaelispor"un transfer hədəfləri arasında yer alıb.
Hazırda Superliqaya yüksəlmək uğrunda mübarizə aparan birinci liqa təmsilçisi bu keçidi reallaşdıra bilsə, Yovetiç İzmitə köçəcək. "Kocaelispor" hazırda aşağı liqada birinci yerdədir.
"Mançester Siti" ilə yanaşı "Partizan", "Fiorentina", "İnter", "Sevilya", "Monako", "Herta" və "Olimpiakos" klublarının formasını geyinmiş monteneqrolu hücumçu 2024-cü il sentyabrın 30-da "Omoniya"ya keçib. Təcrübəli oyunçunun Nikosiya klubuyla müqaviləsi 2026-cı il mayın 31-nə qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved