"Mançester Yunayted"in sabiq baş məşqçisi "Beşiktaş"da
Super Liqanın köklü klublarından "Beşiktaş" baş məşqçi axtarışlarını Norveçdə tamamladı.
90plus.az xəbər verir ki, ağ-qaralar son olaraq İngiltərənin nəhəng klubu "Mançester Yunayted"i çalışdıran Ole Qunnar Solskyer ilə hər mövzuda anlaşmaya gəldi.
Prezident Sərdal Adalı və idarə heyəti bir müddətdir danışıqlar apardıqları 49 yaşlı mütəxəssislə nəhayət razılıq əldə etdi. Adalının "Beşiktaş"ın hədəfləri və layihələri ilə bağlı inandırdığı Solskyer, ağ-qaralı formanı qəbul etdi.
Norveçli mütəxəssisin bu gün İstanbula gələrək komandanın "Samsunspor"la oyununu tribunadan izləməsi gözlənilir. 1,5 illik müqavilə imzalaması gözlənilən Solskyerin "Atletik Bilbao" ilə keçiriləcək Avropa Liqası oyununda isə komandanın başında meydana çıxacağı bildirilir.
© Copyright 2026, All Rights Reserved