Mourinyo Acunu əsəbiləşdirib
Acun Ilıcalı Joze Mourinyonun - "Gerçəkləri bilsəydim bura gəlməzdim", - söyləməsinə qəzəblənib.
90plus.az xəbər verir ki, Acun Ilıcalı ən qısa zamanda təcrübəli çalışdırıcı ilə danışacağını və məsələni aydınlaşdıracağını bildirib.
"Ən qısa zamanda məsələyə aydınlıq gətirməyə çalışacağam. Joze Mourinyonun bu dedikləri qəbuledilməzdir. Məsələ tamamən fərqli bir vəziyyət almağa başlayıb. Mourinyoya vəziyyətin pis olduğunu demişdik. Amma onu kluba dəvət etdiyimiz zaman Türkiyə Superliqasında vəziyyət bu qədər pis deyildi".
Qeyd: Joze Mourinyo "Fənərbağça"ya gəlməzdən əvvəl Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Qadisiya"dan illik 50 milyon avro qazanacağı müqavilə təklifi alsa da, cavabı "yox" olub.
© Copyright 2026, All Rights Reserved