Mourinyo Okan Buruku yenə təhqir etdi
"Fənərbağça"nın çalışdırıcısı Joze Mourinyo rəqib komanda "Qalatasaray"ın baş məşqçisini yenə təhqir edib.
90plus.az xəbər verir ki, 62 yaşlı portuqaliyalı mütəxəssis "Sky Sports"a müsahibəsi zamanı həmkarını aşağı səviyyəli insan adlandırıb:
"Okan Burukun səviyyəsinə enə bilmərəm. Bəzən bunu edirəm və özümdən soruşuram ki, "Niyə o səviyyəyə endin?"
Qeyd: Daha əvvəl də (derbidən sonra" Mourinyo Okana "meymun kimi tullanırdı" ifadəsini söyləyib.
© Copyright 2026, All Rights Reserved