Mourinyo qələbəni dönərlə qeyd edir
Dünən gecə "Anderlext"ə iki oyunun nəticəsinə görə 5:2 hesabı ilə qalib gəlib Avropa Liqasında 1/8 finala çıxan "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo maraqlı təəssüratlarını bölüşüb.
90plus.az xəbər verir ki, Mourinyo derbi haqda suala belə cavab verib:
"Hazırda dincəlməyə layiqik. Otelimizə qayıdanda birinci dönər yeyəcəm . Sonra gedib serialıma baxacam. Sabahdan "Qalatasaray"la matç haqda düşünməyə başlayacağıq".
Qeyd: Avropa Liqasının əsas mərhələsində "Fənər"in rəqibi bu gün bilinəcək. Ya "Olimpiakos", ya "Reyncers" olacaq.
📰: TRT Spor
© Copyright 2026, All Rights Reserved