Okan Buruk: "Biz bu hakimi istəmirik"
”Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk "Az Alkmaar" qarşılaşmasından sonra xarici hakim haqqında danışdı.
90plus.az xəbər verir ki, "Qalatasaray" fevralın 24-ü "Fənərbağça"nı qəbul edəcək. TFF-nin açıqlamasına görə oyunun hakimi sloveniyalı hakim Slavko Vinçiç olacaq. "Qalatasaray"ın çalışdırıcısı bu məsələyə aydınlıq gətirib:
”Bütün Türkiyə bilirdi ki, əcnəbi hakim gələcək və hansı hakim olacaq. Əvvəlcədən müəyyənləşdirmişdilər. Bir çox sual var. Bu sualları tez bir zamanda aradan qaldırmaq lazımdır. Bununla bağlı klubumuz müraciət edib. Seçilmiş hakimlə bağlı xeyli sual işarəsi var”.
Qeyd: "Qalatasaray" UEFA Avropa Liqasında "Az Alkmaar"a 2 görüşdə ümumi hesabla 6-3 uduzaraq çıxışını yekunlaşdırdı.
Həmin müsahibə ilə bağlı video:
© Copyright 2026, All Rights Reserved