Okan Buruk: “Qalatasaray”ı heç kim saxlaya bilməz”
”Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk sosial mediada ona istefa şüarları yayanlara cavab verib.
90plus.az xəbər verir ki, Buruk komandasının qələbələrindən və çempionluq yolunda onlara heç kimin mane ola bilməyəcəyini deyib:
”Heç kim bu komandaya haqsızlıq etməsin. Dünyanın ən yaxşı komandası olan “Real Madrid” belə bu mövsüm 10 matçda qalib gələ bilməyib. Liqada məğlub olmayan yeganə komandayıq. Rəqiblər nə etsə də, yenə çempion olacağıq. Həftədə bir oyun keçirməyin üstünlüyü dincəlməyə imkan verəcək. Bundan sonra “Qalatasaray”ı heç kim saxlaya bilməz.
Sosial şəbəkələrdə mənə qarşı açılan "Okan Buruk, istefa!" həştəqləri məni maraqlandırmır. Əslində bunları yazanların əksəriyyəti “Fənərbağça” azarkeşləridir. “Qalatasaray” azarkeşləri məni tanıyır və sevirlər. Onları izləmirəm, hər kəs istədiyini yaza bilər. “Qalatasaray” çempion olanda bunları yazanları görəcəyik".
Qeyd: "Qalatasaray" hazırda 65 xalla Super Liqanın lideridir. "Fənərbağça" isə 61 xalla 2-cidir.
📰: TV100
© Copyright 2026, All Rights Reserved