Okan Burukun sevimlisi İstanbulda rahat deyil
Kaan Ayhan "Şalke"yə dönmək istəyir.
90plus.az xəbər verir ki, "Qalatasaray"da Okan Burukun əvəzolunmaz oyunçularından biri olan Kaan Ayhan, Alman media orqanı "Sky Sports DE"-yə diqqətçəkən açıqlamalar verib.
"Sarı-qırmızı" komandadakı mövqeyi, İstanbuldakı həyatı və "Şalke 04" dövründən danışan milli futbolçu maraqlı bir etiraf edib.
"Şalke"yə qayıda biləcəyini deyən Kaan Ayhan, "Qalatasaraya transfer olmadan əvvəl "Şalke"yə getmək ehtimalımı dəfələrlə qiymətləndirdim. O dövrdə rəhbərlərlə danışmışdıq. Əgər bu transfer bir şəkildə baş tutsaydı, 4-5 addım atmağa razı idim. Amma "Şalke"nin vəziyyəti böyük bir transfer məbləği ödəyəcək səviyyədə deyildi. Gələcəkdə bir imkan yaranarsa, mütləq dəyərləndirə bilərəm," deyib.
Sadə həyatı üstün tutduğunu bildirən təcrübəli futbolçu, "Bu, klişe kimi səslənə bilər və hər kəs bunu deməyi sevir, amma sadə həyatı üstün tutduğumu başa düşdüm. Artıq "Qalatasaray" və milli komanda sayəsində dəbdəbəni və parıltını yaşayıram," ifadələrini işlədib.
Kaan Ayhan həmçinin, "İstanbulda özümü çox rahat hiss etmirəm. İcazə aldığımız zaman "Gelsenkirchen"ə gedirik. "Şalke"dəkı həyatım məni formalaşdırdı və hələ də formalaşdırmağa davam edir," deyə vurğulayıb.
© Copyright 2026, All Rights Reserved