“Qalatasaray” Fair Play xalı ilə 1/4 finalda
Bu gün Türkiyə Kubokunun 1/4 finalı uğrunda görüşlərə yekun vurulub və 8 klubun adı bəlli olub.
90plus.az xəbər verir ki, baş tutan iki oyunda da qol səsi eşidilməyib:
Qalatasaray 0-0 Konyaspor
Eyüpspor 0-0 Başakşəhər
Nə baş verdi?!
“Qalatasaray” və onun bugünkü rəqibi “Konyaspor” Eyüpspor-Başakşehir matçının heç-heçə bitməsindən sonra 1/4 finala yüksəldi.
“Qalatasaray”, “Başakşehir”lə eyni xala sahib olduğu, eyni sayda qol vurub-buraxdığı, lakin daha az sarı vərəqə alması səbəbindən Fair Play xalı ilə qrupdan çıxdı.
"Eyüpspor"un qapıçısı Berke Özer ardıcıl qurtarışlarla "Başakşəhər"i qrupda saxladı:
https://t.me/doxsanplus/98832
Beləliklə, “Qalatasaray” və “Konyaspor” Türkiyə Kubokunun 1/4 finalına yüksəldi.
Türkiyə Kubokunda 1/4 finalçılar:
▪Trabzonspor
▪Fənərbağça
▪Beşiktaş
▪Konyaspor
▪İskenderunspor
▪Göztəpə
▪Bodrumspor
▪Qalatasaray
© Copyright 2026, All Rights Reserved