"Qalatasaray" futbolçusu ilə sağollaşır
UEFA Avropa Liqasının pley-off mərhələsində "AZ Alkmaar"a uduzan "Qalatasaray" avrokuboklarda çıxışını başa vurub. Klub nümayəndələri Berkan Kutlunun oyunundan narazı qaldıqları üçün onunla yolları ayırmaq qərarına gəliblər.
90plus.az xəbər verir ki, klub rəhbərliyi futbolçunu heyətinə qatmaq istəyən ilk klubun təklifi ilə razılaşmağa hazır olduğunu bəyan edib.
Qeyd: Berkan Kutlu bu mövsüm "Qalatasaray"ın heyətində 33 matçda çıxış edərək yalnız bir məhsuldar ötürmə verə bilib.
© Copyright 2026, All Rights Reserved