"Qalatasaray" iki ulduzla razılığa gəldi
"Qalatasaray"ın "Mançester Yunayted"in iki ulduzu ilə razılığa gəldiyi bildirilir.
90plus.az xəbər verir ki, "Qalatasaray" Aaron Wan-Bissaka və Scott McTominayın transferləri üçün ingilis klubuna ümumilikdə 15 milyon avro təklif edib."Mançester Yunayted"in təklifi qiymətləndirmək üçün vaxt istədiyi məlum olub. "Qalatasaray" rəhbərliyinin isə vaxt itirmədən hər iki futbolçu ilə müqavilə detallarını danışdığı və təsdiqini gözlədiyi öyrənilib.
"Mançester Yunayted"in "Qalatasaray"a verəcəyi cavabın yay transfer dövrünün yol xəritəsini müəyyən edəcəyi düşünülür.
Mənbə: Xarici KİV
© Copyright 2026, All Rights Reserved