"Qalatasaray" oyunçusuna bu qiyməti qoydu
Türkiyənin nüfuzlu klubu "Qalatasaray" Barış Alper Yılmazı heyətinə qatmaq istəyən komandaların ən azı 35 milyon avro ödəməli olacağını açıqlayıb.
90plus.az xəbər verir ki, "Qalatasaray" rəhbərliyi İngiltərənin "Nottingham Forest" klubunun Barış Alper Yılmaz üçün irəli sürdüyü 20 milyon avroluq təklifi rədd edib.
"Sarı-qırmızılar" ulduz futbolçu üçün minimum 35 milyon avro tələb edir.
Xatırlatma: Barış Alper Yılmaz bu mövsüm "Qalatasaray" forması ilə 35 oyunda iştirak edərək 11 qol vurub və üç məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved