“Qalatasaray”da çempionluqdan sonra ilk ayrılıq
Türkiyə Super Liqasında ardıcıl üçüncü dəfə çempionluq sevinci yaşayan “Qalatasaray”da heyətlə bağlı ilk ayrılıq gerçəkləşir.
90plus.az xəbər verir ki, klub rəhbərliyi mövsüm əvvəlində transfer etdiyi Elias Yelertlə yollarını ayırmaq qərarına gəlib.
36-cı turda “Kayserispor”u 3:0 hesabı ilə məğlub edərək çempionluğu təmin edən “Qalatasaray” artıq yeni mövsüm üçün planlaşdırma işlərinə start verib. Komandada köklü dəyişikliklər gözlənilir. Təcrübəli futbolçular Fernando Muslera və Dris Mertensin də gedişi gündəmdə olsa da, komandadan ayrılan ilk futbolçu Elias Yelert olacaq.
21 yaşlı sağ cinah müdafiəçisi mövsüm əvvəlində Danimarkanın “Kopenhagen” klubundan 9 milyon avroya transfer olunmuşdu. Lakin “sarı-qırmızılılar”ın formasını geyindiyi müddətdə gözlənilən performansı göstərməyən futbolçunun ayrılığı artıq rəsmiləşmək üzrədir.
Klubdan verilən məlumata görə, Elias Yelert üçün ödənilən məbləğə yaxın bir təklif qəbul olunub və bu transferdə ciddi maliyyə itkisi olmayacaq.
Yeni mövsümdə heyətin yenilənməsi üçün “Qalatasaray”ı hərəkətli yay transfer dönəmi gözləyir.
© Copyright 2026, All Rights Reserved