"Qalatasaray"dan bir Muslera gəldi-keçdi
"Qalatasaray"ın qapıçısı Fernando Muslera mövsümün sonunda karyerasını başa vuracaq.
90plus.az xəbər verir ki, informasiyanı "Milliyet" nəşri yayıb.
Mənbə uruqvaylı qolkiperin bu barədə rəhbərliyi və baş məşqçi Okan Buruku məlumatlandırdığını vurğulayıb.
Qeyd: 38 yaşlı Muslera 2011-ci ildən "sarı-qırmızılar"ın formasını geyinir. O, bu müddət ərzində yeddi dəfə Super Liqanın qalibi olub. Təcrübəli qapıçı qapıçı dörd dəfə ölkə kubokunu, altı dəfə isə Superkuboku qazanıb.
© Copyright 2026, All Rights Reserved