"Qalatasaray" çempion Burukun maaşını qaldırdı
"Qalatasaray" 25-ci çempionluğunu qeyd etdi – Okan Buruka maaş artımı gəlir
90plus.az xəbər verir ki, Trendyol Süper Liqasında mövsümün sonuna iki tur qalmış çempionluğunu rəsmiləşdirən "Qalatasaray" tarixində 25-ci dəfə ölkə birincisi oldu. Sarı-qırmızılılar bu uğurla birlikdə loqosuna 5-ci ulduzu da əlavə etdilər.
Komandanın baş məşqçisi Okan Buruk üçün isə bu, ardıcıl üçüncü çempionluq oldu. Uğurlu çıxışından sonra klub rəhbərliyi təcrübəli çalışdırıcıya təşəkkür jesti etməyə hazırlaşır.
Türkiyə mediasında yer alan xəbərlərə görə, "Qalatasaray" rəhbərliyi Okan Burukun illik maaşını artırmağı planlaşdırır. Yeni müqavilə ilə onun gəlirinin 4,5 milyon avroya qədər yüksələcəyi bildirilir. Maaşda təxminən 50 faiz artım nəzərdə tutulur.
Hazırda klub prezidenti Dursun Özbəkin vəzifədə qalacağı təqdirdə, Okan Burukla 2 illik yeni müqavilə imzalanacağı gözlənilir. Okan Buruk ilk baş məşqçilik ilində klubla boş müqavilə imzalayaraq böyük fədakarlıq göstərmişdi.
Mövsüm ərzindəki uğurlar fonunda klubun rəhbərliyi, onun uzun illər komandada qalmasını istəyir. Mövcud müqaviləyə əsasən, bu il Okan Buruk 110 milyon 250 min lirə maaş alacaq, növbəti il üçün isə artım TÜİK-in açıqlayacağı ÜFE-TÜFE ortalamasına əsasən həyata keçiriləcək.
© Copyright 2026, All Rights Reserved