“Qalatasaray”dan sürpriz sonluq
Türkiyə Superliqasının 19-cu turu lider “Qalatasaray”ın “Hatayspor” səfəri ilə başlayıb.
90plus.az xəbər verir ki, autsayder sayılan klubla oyunda İstanbul təmsilçisi sürpriz şəkildə xal itirib:
Hatayspor 1-1 Qalatasaray
Sertel 26'
Osimhen 56'
Qollar: https://t.me/doxsanplus/96241
Maraqlıdır ki, "Qalatasaray” “Hatayspor”la səfər matçlarının heç birində qalib gələ bilməyib.
Okan Buruk: “Üstünlüyümüz var. Bu üstünlüyü qorumaq istəyirik. Hardasa səhv edəcəkdik, burada səhv etdik. Bu, bizim üçün böyük dərs olacaq".
Qeyd: Bununla belə, “Cim-Bom” liderliyini qoruyur. "Hatayspor” isə 19 komanda arasında 18-ci yerdə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved