Batşuayi Fatih Terimin yanına gedir
"Qalatasaray"ın hücumçusu Mişi Batşuayi Səudiyyə Ərəbistanından təklif alıb.
90plus.az xəbər verir ki, Belçika millisinin üzvü olan hücumçunu "Əl-Şabab" klubu heyətinə qatmaq niyyətindədir.
31 yaşlı forvardı "Qalatasaray"ın keçmiş baş məşqçisi Fatih Terim öz komandasında görmək istəyir. Lakin "Qalatasaray" yalnız yeni transfer reallaşdığı halda Batşuayini icarəyə verməyi qəbul edə bilər.
Qeyd: Mişi Batşuayi 2024-cü il iyulun 1-də Türkiyə klubuna keçib və onun müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.
© Copyright 2026, All Rights Reserved