Renat “Hatayspor”u işə salıb
Türkiyə Super Liqasının "Hatayspor" klubu Renat Dadaşova görə iki mövsüm futbolçu transfer edə bilməyəcək.
90plus.az xəbər verir ki, Hatay klubu Renata borclu olduğu üçün iki mövsüm yeni oyunçu ala bilməyəcək.
"Hatayspor"un İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyi halda vəziyyətin dəyişə biləcəyi deyilir.
Qeyd: Hazırda "Ankaragücü"də çıxış edən Renat 2023/2024 mövsümündə Hatay komandasında top "qovub".
Mənbə: Ajansspor
© Copyright 2026, All Rights Reserved