“Samsunspor” da əcnəbi hakim tələb edib
Türkiyə Super Liqası tarixində ilk dəfə "Qalatasaray - Fənərbağça" (0:0) matçını əcnəbi hakim idarə etdikdən sonra "Samsunspor" da qarşıdakı 3 oyuna xarici hakim istəyir.
90plus.az xəbər verir ki, "Samsunspor" liqada aşağıdakı qarşılaşmaları əcnəbi hakimlərin idarə etməsi üçün TFF-yə müraciət edib:
Fənərbağça - Samsunspor
Samsunspor - Qalatasaray
Trabzonspor - Samsunspor
Klubdan verilən açıqlamada "Türk futbolunun şəffaf, etibarlı və ədalətli bir mühitdə idarə olunması üçün kritik matçlarda əcnəbi hakimlərdən istifadənin davam etdirilməli olduğuna inanırıq” ifadələri işlədilib.
Bu həftə "Qalatasaray"ı qəbul edəcək "Kasımpaşa" isə əksinə, oyunu yerli hakimin idarə etməsini istəyir. Prezident Fatih Saraç TFF prezidenti İbrahim Hacıosmanoğluna əcnəbi hakim tələb etməyəcəkləri barədə yazılı bildiriş göndərib.
Sivas prezidenti Bahattin Eken də “Öz hakimlərimizə güvənməmək, həll yolunu əcnəbilərdə axtarmaq hakimlərimizə və bütün türk futboluna təhqirdir” deyib.
© Copyright 2026, All Rights Reserved