Super Liqadan düşən axırıncı komanda bəlli oldu
Trendyol Super Liqasının 37-ci turunda "Kayserispor" ilə 1:1 bərabərə qalan "Bodrum" elitadan düşən sonuncu komanda oldu.
90plus.az xəbər verir ki, matça sürətli başlayan Aralıq dənizi təmsilçisi 13-cü dəqiqədə Pedro Brazaonun vurduğu qolla hesabda önə keçdi. "Sarı-qırmızılılar" isə bu qola 62-ci dəqiqədə Dakkens Nazonun cavabı ilə tarazlıq gətirdi.
Liqanı tərk edən 4-cü və sonuncu komanda
Bu nəticədən sonra xallarını 37-yə çatdıran "Bodrum" "Sivasspor", "Hatayspor" və "Adana Dəmirspor"dan sonra Super Liqanı tərk edən 4-cü və son komanda oldu. Sergey Yakiroviçin rəhbərlik etdiyi "Kayserispor" isə xallarını 45-ə yüksəltdi.
© Copyright 2026, All Rights Reserved