UEFA prezidentinin "Qalatasaray"ın çağırışına cavabı
UEFA Prezidenti Aleksander Çeferin “Qalatasaray” klubundan dəvət alıb.
90plus.az xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.
Sloveniyalı futbol funksioneri fevralın 24-də Supeliqanın 25-ci turunda baş tutacaq “Qalatasaray” - “Fənərbaxça” derbisinə dəvət olunub. Həmin görüşü Çeferinin həmyerlisi Slavko Vinçiç idarə edəcək.
Çeferinin adından “Qalatasaray” klubunun dəvətinə cavab verilib. Bildirilib ki, UEFA rəhbəri vaxt məhdudiyyəti səbəbindən oyunu stadiondan izləyə bilməyəcək.
© Copyright 2026, All Rights Reserved