Vinçiç: “Gərginlik qorxu filmi kimi idi”
Sloveniyalı referi Slavko Vinçiçin "Qalatasaray-Fənərbağça" (0:0) derbisi ilə bağlı fikirləri maraq doğurub.
90plus.az xəbər verir ki, hakim 10 mindən çox polisin mühafizədə durduğunu eşidəndə şoka düşüb və həyat yoldaşına zəng edərək "Gərginlik film kimidir" deyib.
Fevralın 19-da Çempionlar Liqasında 120 dəqiqə davam edən PSV-Yuventus matçını idarə edən və UEFA-nın finalçı hakimi olan Vinçiç derbi günü böyük ŞOK yaşayıb.
Matçdan sonra telefonda həyat yoldaşı ilə sürprizini bölüşən sloveniyalı referi “Qorxu kimi idi. "Mən əvvəllər heç vaxt belə bir şey görməmişdim" deyib.
📰: Türkiye Gazetesi
© Copyright 2026, All Rights Reserved