"Beşiktaş"ın baş məşqçisi ürəyindən əməliyyat olundu
“Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın yaxın günlərdə keçirdiyi anju əməliyyatı ilə bağlı açıqlama verib.
90plus.az xəbər veri ki, təcrübəli məşqçi sosial media hesabından paylaşım edərək, sağlamlıq durumunun yaxşı olduğunu bildirib.
Sergen Yalçın:
"Keçirdiyim əməliyyatdan sonra mənimlə əlaqə saxlayaraq zəng edən və mesaj göndərən hər kəsə təşəkkür edirəm. Sağlamlıq durumum çox yaxşıdır. Hamınıza sevgilər."
Beləliklə, “Beşiktaş”ın çalışdırıcısı Sergen Yalçın əməliyyatdan uğurla çıxıb və yaxşı vəziyyətdədir.
© Copyright 2026, All Rights Reserved