Can Uzun Bundesliqa klubunda! RƏSMİ
Bundesliqanın "Ayntraxt Frankfurt" klubu aşağı divizion təmsilçisi "Nürnberg"dən Can Uzun transferini rəsmiləşdirdi.
90plus.az xəbər verir ki, 18 yaşlı hücumameyilli yarımmüdafiəçi Frankfurt klubuna 11 milyon avroya başa gəlib.
Qeyd: Can Uzun Türkiyə millisinin şərəfini qorusa da, ikili vətəndaşlığa malikdir: alman və türk.
Uzun Bundesliqa 2 təmsilçisi "Nürnberq"də ötən mövsüm 32 oyuna 19 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved