“Fənərbağça” ucaboy Tolunu istəyir
“Fənərbağça” 1.97 boylu Arokodare üçün “Volves”lə danışıqlara hazırlaşır.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi qış transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir. Potensial namizədlər siyahısına İngiltərənin “Volves” klubunda çıxış edən 24 yaşlı nigeriyalı forvard Tolu Arokodarenin adı da əlavə edilib.
Məlumata görə, Türkiyə klubu yaxın günlərdə “Volves”lə rəsmi danışıqlara başlamağa hazırlaşır. “Fənər” hücum xəttində rəqabəti artırmaq üçün fiziki üstünlüyü və hava toplarındakı effektivliyi ilə seçilən Arokodare variantını ciddi şəkildə dəyərləndirir.
Danışıqların gedişatı ilə bağlı növbəti günlərdə daha ətraflı məlumatın veriləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved