"İnter"in futbolçusu millinin heyətindən çıxarıldı
90plus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) açıqlama verərək, Türkiyə–Bolqarıstan qarşılaşmasında zədələnmiş Hakan Çalhanoğlunun Türkiyə millisinin heyətindən çıxarıldığını bildirib.
TFF-dən verilən rəsmi açıqlamada qeyd olunur:
“2026 FIFA Dünya çempionatının seçmə mərhələsinin play-off mərhələsinə yüksələn Milli komandada səfərdə İspaniya ilə oynanacaq E qrupu matçı öncəsi heyətdə bəzi dəyişikliklər edilib. Hakan Çalhanoğlu dünən axşam Bolqarıstan ilə oynanan oyunda sağ biləyindən aldığı zədə səbəbilə millinin heyətindən çıxarılıb. Bunun əvəzində U-21-dən İsak Vural və Yusuf Akçiçek dəvət olunublar.”
© Copyright 2026, All Rights Reserved