Okan Buruk: “Qalatasaray”ın hədəfləri bitmir”
Okan Buruk: “Qalatasarayın hədəfləri heç vaxt bitmir”.
90plus.az xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk klubun ambisiyalarından və gələcək planlarından danışıb. Türkiyə nəhənginin çalışdırıcısı həm Super Liqadakı mövqedən, həm də Avropa hədəflərindən məmnun olduğunu bildirib.
Burukun YouTube üzərindən səsləndirdiyi fikirlər belədir:
• “Qalatasarayın hədəfləri heç vaxt bitmir. Biz həmişə irəli gedirik.”
• “Komanda tutmaq ayrı bir şeydir, amma ‘Qalatasaray’lı olmaq çox fərqli bir şeydir.”
• “Avropada əldə edəcəyimiz uğurları daha da yüksəltməyə çalışırıq. ‘Qalatasaray’ın Avropanın ən böyüklərindən biri olmasını xəyal edirik.”
Super Liqada vəziyyət isə hazırda “Cim-Bom”un xeyrinədir. Komanda turnir cədvəlində “Fənərbağça”dan 4 xal öndə gələrək yarışa liderlik edir.
Okan Burukun sözlərinə görə, məqsəd mövsümü həm ölkə daxilində, həm də Avropada daha güclü nəticələrlə başa vurmaqdır.
© Copyright 2026, All Rights Reserved