Osimhen Lukmanı yanına gətirməyə çalışır
Viktor Osimhen Ademola Lukmanı “Qalatasaray”a dəvət edir.
90plus.az xəbər verir ki, “Napoli”nin hücumçusu Viktor Osimhen nigeriyalı komanda yoldaşı Ademola Lukmanı “Qalatasaray”a keçməyə razı salmağa çalışır və onu Türkiyədə özünə qoşulmağa çağırır.
“Lukma”nın mövsümdəki çıxışından razı qalan “Atalanta” futbolçu üçün 50 milyon avroluq qiymət qoyub. Bu məbləğin İstanbul klubunun transfer strategiyasına necə təsir edəcəyi isə hələlik məlum deyil.
Məlumat “La Gazzetta dello Sport” tərəfindən yayımlanıb.
© Copyright 2026, All Rights Reserved