Rafinyanın dublu ilə Kamp Nou “alınmaz qala” oldu
“Barselona” La Liqanın 37-ci turunda “Betis” üzərində inamlı qələbə qazanıb.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının sonuna 1 tur qalmış baş tutan qarşılaşmada "Barselona" doğma meydanda üstün oyun nümayiş etdirərək üç xal əldə edib. Matçın əsas qəhrəmanı isə iki qola imza atan Rafinya olub.
Komanda bu mövsüm ev oyunlarında xüsusi sabitlik nümayiş etdirib. Rəqəmlərə əsasən, “Kamp Nou”da keçirilən 19 matçın hamısı qələbə ilə yekunlaşıb və stadion mövsüm ərzində məğlubedilməz qala olub:
Barselona 3 - 1 Betis
Rafinya 27’ 61’
İsko 68’ (p)
J. Kanselo 73’
© Copyright 2026, All Rights Reserved