Türkiyə klubuna FIFA-dan 6 xal silinməsi cəzası
Türkiyə Futbol Federasiyası (TFF) rəsmi açıqlama yayaraq, FIFA İntizam Komitəsinin “Adana Dəmirspor” klubuna 6 xal silinməsi cəzası verdiyini bildirib.
90plus.az xəbər verir ki, Federasiyanın yaydığı məlumatda qeyd olunur:
“FIFA İntizam Komitəsi tərəfindən ‘Adana Dəmirspor’ Klubuna ümumilikdə bir iş üzrə 6 xalın silinməsi cəzası tətbiq edilmişdir.”
Bu qərarla birlikdə Trendyol 1-ci Liqada son sırada qərarlaşan “Adana Dəmirspor”un xal sayı –23-ə düşüb.
Bu qərar, artıq çətin mövsüm keçirən “Adana Dəmirspor”un mövqeyini daha da ağırlaşdırıb.
© Copyright 2026, All Rights Reserved