Türkiyədə futbol matçında 24 qırmızı vərəqə
Türkiyədə futbol matçında tarixi hadisə: cibdən 24 qırmızı vərəqə çıxdı.
90plus.az xəbər verir ki, Regional Həvəskar Liqası (BAL) çərçivəsində baş tutan “Murgulspor” – “Rize Atletikspor” oyunu insidentlə yadda qalıb.
Meydan sahibləri ilk hissəni 1:0 hesabı ilə öndə başa vurmuşdu. Lakin birinci yarı bitdikdən sonra iki komanda arasında dava düşüb.
Təhlükəsizlik əməkdaşları bir neçə dəqiqə davam edən münaqişəni dayandırmağa çalışsa da, nəticədə hakim 24 qırmızı vərəqə göstərərək oyunu yarımçıq dayandırıb.
Qarşılaşma ilə bağlı son qərarı Türkiyə Futbol Federasiyası verəcək.
© Copyright 2026, All Rights Reserved