Ançelotti Ardaya görə Virtsdən imtina etdi
Xabi Alonsonun rəhbərlik etdiyi "Bayer Leverkusen"də parlayan 21 yaşlı alman yarımmüdafiəçi Florian Virts gələcəyin ən yaxşı istedadları arasında göstərilir.
90plus.az xəbər verir ki, alman milli komandasında da özünə yer tapan Virts, Musiala ilə birlikdə Almaniyanın gələcəyini təmsil edir. Buna görə də bir çox Avropa nəhəngi tərəfindən yaxından izlənir. Bu klublardan biri də "Real Madrid"dir. Komandanın baş məşqçisinin Xabi Alonso olması isə ispan komandasına transferdə üstünlük qazandırır.
Hücum yönümlü yarımmüdafiəçinin "Real Madrid"ə transferi gözlənilir, lakin qiyməti yüksəkdir. Karlo Ançelotti isə bu transferin prioritet olmadığını rəhbərliyə bildirib. Həm forvet arxasında, həm də cinahlarda oynaya bilən oyunçu, fərdi texnikası və hər iki ayağı ilə orta və uzun məsafəli zərbələri ilə diqqət çəkir. Oyun görmə qabiliyyəti də əlavə üstünlükdür.
8 oyunda 6 qol və 1 asist edən Virtsin "Real"a gəlməsi, Arda Gülərin şansını tamamilə bağlamaq deməkdir. Virts, həmçinin Bellingham üçün də bir təhlükədir. Arda Gülər əldə etdiyi nadir dəqiqələrdə dəyərini sübut edib və açar oyunçu olmaq üçün çalışmaqda davam edir.
Əgər Virts gələrsə, Arda Gülər şanssızlıq səbəbindən klubdan ayrılmağı düşünməyə məcbur qala bilər və bu da milli futbolçunun gözlənilən səviyyəyə çatmasını əngəlləyə bilər. Artıq komandanın mövcud quruluşu ilə sol ayaqlı gənc futbolçu dəqiqələr əldə etməkdə çətinlik çəkir. Ançelotti də artıq əlində oxşar oyunçular olduğu üçün bu transferə isti baxmır. İtalyan "Məndən gənclərə şans verməyimi istəyirsiniz, amma onların yerinə oynaya biləcək oyunçu alırsınızsa, necə şans verə bilərəm?" deyərək transferin lazımsız olduğuna diqqət çəkir.
© Copyright 2026, All Rights Reserved