Aziz Yıldırım yalanladı: "Bu, mümkün deyil"
"Fənərbağça"nın keçmiş prezidenti Aziz Yıldırım sosial mediada onun adından yayılan xəbərləri təkzib edən bir bəyanat yayımladı.
90plus.az xəbər verir ki, Aziz Yıldırımın açıqlaması belədir:
"Bəzi sosial media platformalarında mənim adımdan çıxmamış və çıxması mümkün olmayan yalan ifadələr yer almaqdadır. Mən "Fənərbağça"lı doğuldum, yaxşı gündə də, pis gündə də öləndə də "Fənərbağça"lıyam. Bu gün mövcud olan mənfi vəziyyət əlbəttə ki, dəyişəcək və gözəl günlərdə görüşəcəyik. Bu gün kədərli olsaq da, arzumuz "Fənərbağça"nın ən qısa zamanda toparlanmasıdır. Azarkeşlərimizdən xahişim odur ki, adımın istifadə olunaraq yayılan yalan ifadələrə inanmamalarıdır."
© Copyright 2026, All Rights Reserved