Başı yarılan türk futbolçu rəğbət oyatdı
“Başakşəhər” – “Kocaelispor” matçında qorxulu an: Sərdar Dursun başından zədə aldı, 12 tikiş atıldı.
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının 11-ci turunun açılış oyununda “Başakşəhər”lə “Kocaelispor” arasında oynanan qarşılaşmada ciddi an yaşanıb. Matçın 9-cu dəqiqəsində hava mübarizəsində Sərdar Dursunla Cerom Opoku toqquşub və təcrübəli hücumçu başından ağır zədə alıb.
Sərdar Dursunun başına meydançada tibbi müdaxilə olunub və ona 12 tikiş atılıb. Buna baxmayaraq, hücumçu sarğı ilə oyuna davam edib və qanaxma səbəbindən iki dəfə formasını dəyişib.
Opoku da toqquşmadan sonra qısa müddət meydana qayıtsa da, başgicəllənmə səbəbilə 22-ci dəqiqədə oyunu tərk edib.
Matç “Başakşəhər”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Sərdar Dursunun mübarizəyə davam etməsi komanda yoldaşları və azarkeşlər tərəfindən alqışlansa da, epizod hər iki futbolçu üçün təhlükəli məqam kimi yadda qaldı.
© Copyright 2026, All Rights Reserved