"Beşiktaş" Premyer Liqadan futbolçu alır
Jota Silva karyerasını Türkiyədə davam etdirə bilər.
90plus.az xəbər verir ki, “Beşiktaş” portuqaliyalı futbolçunun transferini reallaşdırmağa yaxındır. Bu barədə məşhur insayder jurnalist Fabrisio Romano məlumat yayıb.
Əvvəllər Silvanın “Sportinq”ə keçidi gündəmdə olsa da, sənədlərin vaxtında təqdim olunmaması bu transferin baş tutmamasına səbəb olub. Bu fürsətdən yararlanan İstanbul təmsilçisi 26 yaşlı vinger üçün hərəkətə keçib və onu icarəyə götürmək məqsədilə “Nottingem Forest”lə razılıq əldə edib.
Xatırlatma: Jota Silva ötən yay “Vitoriya” klubundan “Nottingem Forest”ə transfer olunmuşdu. O, İngiltərə Premyer Liqasında çıxış etdiyi 38 matçda 4 qola və 3 assistə imza atıb. Futbolçu Portuqaliya milli komandasının da üzvüdür.
© Copyright 2026, All Rights Reserved