"Beşiktaş"ın futbolçusu Türkiyə millisindən kənarlaşdırıldı
90plus.az xəbər verir ki, Türkiyə millisi heyətlə bağlı məcburi dəyişiklik edilib. 2026 FIFA Dünya Kubokunun Avropa seçmə oyunları çərçivəsində Bolqarıstan və İspaniya ilə qarşılaşacaq komandanın hazırlıqları davam edərkən, zədə xəbəri gəlib.
Arxa əzələ zədəsi səbəbilə son iki məşqdə iştirak edə bilməyən Əmirhan Topçu Türkiyə milli komandanın namizəd heyətindən çıxarılıb. Futbolçunun müalicəsini öz klubunda davam etdirməsi qərara alınıb.
Türkiyə millisinin Bolqarıstan və İspaniya ilə oynayacağı vacib matçlar öncəsi yaşanan bu inkişaf heyətdə məcburi dəyişiklik yaradıb.
© Copyright 2026, All Rights Reserved