"Beşiktaş"ın gənci Arda və Yamalı qabaqladı
"Beşiktaş" baş məşqçisi Ciovanni van Bronxorstun son yeddi oyunda ilk "11"-də şans vermədiyi və "Öz üzərində çalışmalıdır" dediyi Semih Kılıçsoy, sərgilədiyi performansla sanki məşqçisinə cavab verir.
90plus.az xəbər verir ki, 19 yaşlı futbolçu, ötən mövsümdən bəri forma geyindiyi oyunlarda "qara-ağlı" komandanın hücumda təsirli olmasında və mövqelərə girməsində əsas rol oynayıb. 2024-25 mövsümündə forma şansına uyğun olaraq yalnız iki asist etmək imkanı tapan gənc futbolçu, xüsusilə keçən mövsümdə göstərdiyi nəticələrlə tez-tez diqqət çəkib.
LAMİNE YAMAL ÇOX GERİDƏ QALDI
Süper Liqada 29 oyunda 11 dəfə qol vuran Semih, Avropanın ən böyük 10 liqasında 2023-24 mövsümündən bəri 19 yaş və altı futbolçular arasında ən çox qol vuran oyunçu olub. 46 oyunda 9 qol atan "Barselona"nın super ulduzu Lamin Yamalı geridə qoyan Semihi Matias Fernandez-Pardo (19 oyun-9 qol) və George İlenikhena (36 oyun-8 qol) izlədi. "Real Madrid" klubunun türk istedadı Arda Güler də siyahıda 19 oyunda vurduğu 6 qolla 6-cı sırada yer aldı.
İKİ SAHƏDƏ LİDER
Komandasına topa nəzarət edən oyun tərzini gətirməyə çalışan Ciovanni van Bronxorstun bu istəyi statistikalara da əks olunub. Süper Liqada bu vaxta qədər oynanılan oyunlarda "qara-ağlı" komanda, %58.9 topa sahib olma ortalaması ilə zirvədə qərarlaşıb. "Beşiktaş"ın liderlik etdiyi digər statistika isə dəqiq pasdır. Van Bronxorstun yetirmələri bu vaxta qədər keçirdikləri 7 oyunda 395.6 dəqiq pas ortalaması ilə Süper Liqada bu sahədə birinci sırada yer alıb. Həm topla oynama, həm də dəqiq pas statistikasında "Beşiktaş"ı izləyən komanda isə "Trabzonspor" olub.
© Copyright 2026, All Rights Reserved